Unicapital Azərbaycan Maliyyə Forumunda fəal iştirak etdi

Unicapital 14 fevral tarixində “Azərbaycan Maliyyə Forumu”nda iştirak edərək, investisiya sektorunun rəqəmsal transformasiyasına öz dəstəyini göstərdi.

Forumun “Azərbaycanın kapital bazarında yeni dövr: İPO-lar, rəqəmsallaşma və insan kapitalı” adlı mövzuya həsr olunmuş panelində Unicapital-ın Baş direktoru Vüqar Namazov spiker qismində, Unicapital-ın Direktoru Tələt Kalayev isə moderator kimi iştirak ediblər.

Öz çıxışında V.Namazov kapital bazarında rəqəmsal transformasiyanın əhəmiyyətini vurğulayıb, maliyyə alətlərinə birbaşa çıxışın üstünlüklərindən bəhs edib.

Tədbir, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən təşkil edilib.

Ölkənin maliyyə sektorunun inkişafını hədəfləyən forum sektorun liderlərini, biznes və ictimai təşkilatların rəhbərlərini və ekspertlərini bir araya toplamağı bacarıb.

Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsusdur. Şirkət 2007-ci ildən bəri fond bazarının peşəkar iştirakçısı, Bakı Fond Birjasının ilk və ən uzunmüddətli üzvüdür. Hazırda şirkətin müştəri sayı 800 000-i ötüb.

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi.

Unicapital Azərbaycan Maliyyə Forumunda fəal iştirak etdi

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Unicapital Azərbaycan Maliyyə Forumunda fəal iştirak etdi

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Unicapital Azərbaycan Maliyyə Forumunda fəal iştirak etdi

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.