Unicapital “Azərbaycanda Müştəri Dəstəyi üzrə Ən Yaxşı İnvestisiya Şirkəti” seçildi

Azərbaycanın aparıcı investisiya şirkətlərindən biri olan Unicapital beynəlxalq səviyyədə daha bir uğura imza atıb. Tanınmış “The Global Economics” təşkilatının keçirdiyi illik mükafatlandırma çərçivəsində Unicapital“Azərbaycanda Müştəri Dəstəyi üzrə Ən Yaxşı İnvestisiya Şirkəti” nominasiyasının qalibi elan edilib.

Bu mükafat Unicapital-ın müştəri yönümlü fəaliyyət strategiyasının, şəffaf kommunikasiya modelinin və yüksək xidmət standartlarının beynəlxalq səviyyədə tanındığını göstərir.

Unicapital-ın Baş direktoru Vüqar Namazovbu uğurla bağlı bildirib:
“Bizim əsas məqsədimiz hər zaman müştərilərimizin ehtiyaclarını dinləmək, onlara operativ və peşəkar dəstək göstərməkdir. Bu mükafat bizim komandamızın fədakar əməyinin və müştəri məmnuniyyətinə verdiyimiz önəmin bariz göstəricisidir.

“The Global Economics” təşkilatı hər il müxtəlif ölkələrdə maliyyə, bankçılıq, sığorta, investisiya və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin fəaliyyətini qiymətləndirir və innovasiya, xidmət keyfiyyəti, müştəri məmnuniyyəti kimi meyarlar əsasında ən yaxşıları mükafatlandırır.

Hazırda müştəri sayı bir milyonu ötən Unicapital gələcəkdə də müştəri məmnuniyyətini əsas prioritet kimi saxlayaraq, xidmət keyfiyyətini daha da artırmağı hədəfləyir.

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi.

Unicapital “Azərbaycanda Müştəri Dəstəyi üzrə Ən Yaxşı İnvestisiya Şirkəti” seçildi

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Unicapital “Azərbaycanda Müştəri Dəstəyi üzrə Ən Yaxşı İnvestisiya Şirkəti” seçildi

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Unicapital “Azərbaycanda Müştəri Dəstəyi üzrə Ən Yaxşı İnvestisiya Şirkəti” seçildi

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.