Unicapital-da güclü artım dinamikası davam edir

Azərbaycanın kapital bazarlarının qabaqcıl tərəfdaşı və aparıcı investisiya şirkətlərindən biri olan “Unicapital İnvestisiya Şirkəti” ASC ötən il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkət bütün biznes istiqamətləri üzrə nəzərəçarpacaq artım nümayiş etdirərək bazardakı mövqeyini daha da möhkəmləndirib.

2025-ci ildə Unicapital-ın ümumi əməliyyat dövriyyəsi ötən illə müqayisədə 60% artaraq 48.1 milyard manata çatıb. Şirkətin təqdim etdiyi xidmətlərə olan yüksək investor etimadının göstəricisi olaraq, müştəri hesablarının sayı da sürətli dinamika nümayiş etdirərək, rekord göstəriciyə - 1 milyon 264 minə çatıb.

Eyni zamanda, maliyyə dayanıqlığının və institusional gücün əsas meyarı olan şirkətin ümumi kapitalı 17% artaraq 1 milyon 942 min manata yüksəlib.

2025-ci ildə Unicapital tərəfindən texnoloji və əməliyyat infrastrukturunun inkişafına yönəlmiş investisiyalar davam etdirilib. Bu çərçivədə qeyri-maddi aktivlər və texnoloji həllər üzrə yatırımlar əhəmiyyətli şəkildə artıb. Şirkət hesabat ilini 285 min manat xalis mənfəətlə başa vurub və səhmdar qarşısında öhdəliklərini yerinə yetirərək hesabat dövründə 400 min manat dividend ödənişi də həyata keçirib.

Geridə qoyduğumuz il üzrə qeydə alınan nəticələr qlobal inteqrasiya və rəqəmsal istiqamətdə atılan addımların nəticəsi olaraq qiymətləndirilə bilər. Belə ki:

  • Şirkət Azərbaycan kapital bazarında bir ilkə imza ataraq Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 50 milyon manatlıq istiqraz buraxılışının anderrayteri oldu. Üzən faiz mexanizminə əsaslanan bu emissiya investorlar üçün daha çevik gəlir modeli yaratdı.
  • Bununla yanaşı şirkət öz beynəlxalq inkişaf strategiyası çərçivəsində mühüm addım atdı. Şirkət Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) akkreditə olunmuş və üzv olmayan təşkilat statusunu (RNAM) əldə edərək bu statusa layiq görülən ilk Azərbaycan investisiya şirkəti oldu. Bu nailiyyət Unicapital-ın beynəlxalq maliyyə standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləməklə yanaşı, şirkətin regional və qlobal kapital bazarlarında mövqeyinin daha da güclənməsi üçün inkişaf perspektivləri açdı.
  • Unicapital-ın təqdim etdiyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müsbət rəy alan “Kriptobroker platforması”nın sınaq müddəti uğurla başa çatdı. Bu layihə çərçivəsində virtual aktivlərin təhlükəsiz alqı-satqısı və saxlanılması üzrə yeni maliyyə həlləri təqdim edildi.

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi.

Unicapital-da güclü artım dinamikası davam edir

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Unicapital-da güclü artım dinamikası davam edir

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

UForex-də güzəştli ticarət şərtlərini kəşf edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Unicapital-da güclü artım dinamikası davam edir

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.