“Unicapital İ.Ş.” ASC 2022-ci ilin maliyyə nəticələrini elan edib

Açıqlamaya əsasən, nəticələr üzrə illik gəlir 2.6 milyon manat olub. Əldə olunan gəlirin əsas hissəsi şirkətin müəyyən etdiyi strateji inkişaf istiqamətlərinə uyğun olaraq risklərin idarə edilməsi, satış kanallarının inkişaf etdirilməsi və yeni rəqəmsal məhsulların yaradılmasına yönləndirilib.

Bunun nəticəsində şirkətin cəmi aktivləri əvvəlki dövrlə müqayisədə 79% artaraq, 18.4 milyon manat təşkil edib və ilin yekunları üzrə 406.9 min manat mənfəət əldə edilib.

Şirkətin dayanıqlılığının əsas göstəricilərindən olan kapital adekvatlığı əmsalı normativdən 3 dəfə artıq olub.

Kapitalın effektivliyini ifadə edən ROE 27%-in üzərində təşkil edib ki, bu da öz növbəsində yüksək əməliyyat və mənfəətlilik göstəricisidir.

Həmçinin, 2022-ci ildə əldə edilmiş texnoloji nailiyyətlər nəticəsində 20 000+ alətlə, 20-dən çox bazarda onlayn qaydada investisiya etmək imkanı verən, ilk Azərbaycan dilli vahid ticarət platforması olan “UTrader” istifadəyə verilib.

Azərbaycanda rəqəmsal bankçılığın inkişafı məqsədilə ərsəyə gətirilmiş “Leobank”, “Unicapital”ın xidmətlərindən istifadə edərək, Azərbaycanda ilk dəfə mobil bankçılıq tətbiqində “investisiya” funksiyasını aktiv edib.

Müasir və innovativ yeniliklərin vəhdətində böyüyən şirkətdə işçi sayı ötən ilə nisbətdə 40%, qeyri-maddi aktivlərin həcmi isə təqribən 5 dəfə artıb, müştəri sayı 600 000-ə çatıb.

2022-ci ilin yekunu üzrə şirkətin məcmu kapitalı ödənilmiş dividentləri nəzərə almaqla (800 000 manat) 1.5 milyon manat təşkil edib.

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

“Unicapital İ.Ş.” ASC 2022-ci ilin maliyyə nəticələrini elan edib

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

“Unicapital İ.Ş.” ASC 2022-ci ilin maliyyə nəticələrini elan edib

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

“Unicapital İ.Ş.” ASC 2022-ci ilin maliyyə nəticələrini elan edib

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi