“Unicapital İ.Ş.” ASC 2023-cü ilin maliyyə nəticələrini elan edib
Açıqlamaya əsasən, nəticələr üzrə illik gəlir ötən ilə nisbətdə 416 min artaraq, 3 milyon 210 min manat olub. Unicapital İ.Ş., 2023-2025 strateji planı və qabaqcıl korporativ idarəetmə standartlarına uyğun olaraq aktiv inkişaf və institutsional möhkəmlənmə yolunu seçmişdir. Beləliklə, əldə olunan gəlirin əsas hissəsi şirkətin müəyyən etdiyi strateji inkişaf istiqamətlərinə uyğun olaraq risklərin idarə edilməsi, satış kanallarının inkişaf etdirilməsi və yeni rəqəmsal məhsulların yaradılmasına yönləndirilib. Bu səbəbdən sözügedən istiqamətlərdə olan xərclərdə artım müşahidə edilmişdir. “Unicapital İnvestisiya Şirkəti” ASC 2023-cü ili 224 min manat xalis mənfəətlə başa vurub.
Mövcud biznes istiqamətləri üzrə fəaliyyətin genişləndirilməsi və yeni effektiv biznes istiqamətlərinin yaradılması fonunda haqq və komissiya gəlirləri 2023-cü ildə 21% artıb və 2 milyon 350 min manata yüksəlib. Bütün bunların nəticəsində şirkətin cəmi aktivləri əvvəlki dövrlə müqayisədə 2 milyon manat artaraq, 20 milyon 426 min manat olub.
Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 100%-lik “Unibank” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinə məxsusdur.
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.