“Unicapital İ.Ş.” ASC rəsmi nümayəndələrinin fəal iştirakı ilə “Emitent Günü” keçirilib
9 iyun 2023-cü il tarixində Bakı Fond Birjasının təşkilatçılığı ilə “Emitent Günü” keçirilib.
Emitent qismində “Unibank Kommersiya Bankı” ASC-nin çıxış etdiyi tədbir, “Azərbaycan Respublikası Mərkəzi Bankı”, “Bakı Fond Birjası” QSC, “Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi” və “Unicapital İnvestisiya Şirkəti” ASC-nin iştirakı ilə baş tutub.
Tədbir zamanı Azərbaycanda mütəşəkkil kapital bazarının aktiv iştirakçısı olan “Unibank Kommersiya Bankı” ASC bazar barədə öz təcrübəsini görüş iştirakçıları ilə bölüşüb.
Emitentin anderrayteri olaraq təmsil olunan “Unicapital İnvestisiya Şirkəti” ASC-nin səlahiyyətli nümayəndələri təqdimatlı çıxışları ilə tədbirdə fəal iştirak edib.
Belə ki, şirkətin Baş Direktoru Vüqar Namazov öz çıxışı zamanı, kapital bazarları üzərindən birbaşa fərdi və ya kütləvi mənbələrdən maliyyələşmənin effektiv təşkilinin yolları, “maliyyə inklyuzivliyi üzərindən sərhədsiz bazarların yaradılması” missiyasının təqibi, investisiya sahəsində innovasiyaların tətbiqinin doğurduğu imkanlar haqda bir çox məsələlərə toxunub.
O, həmçinin “Unicapital” ASC-nin daxili kapital bazarına verdiyi töhfələrdən, göstərdiyi uğurlu anderraytinq xidmətindən və müştərilərə təklif etdiyi çoxsaylı maliyyə alətlərindən söz açıb.
Ümumilikdə tədbirin məqsədi investorlara və potensial emitentlərə mütəşəkkil kapital bazarının üstünlüklərini çatdırmaq olub. Tədbir kütləvi informasiya vasitələrinə açıq şəkildə həyata keçirilib.
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.