Unicapital PAŞA Bank səhmlərinin İlkin Kütləvi Təklif üzrə yerləşdirilməsinə dair əməkdaşlıq sazişi imzalayıb

11 mart 2026-cı il tarixində Unicapital İnvestisiya Şirkəti, ölkənin aparıcı korporativ maliyyə institutlarından biri olan PAŞA Bank, PAŞA Kapital İnvestisiya Şirkəti və ABB Invest arasında əməkdaşlıq sazişlərinin imzalanma mərasimi keçirilib.

İmzalanan sazişlər PAŞA Bank tərəfindən planlaşdırılan İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərin yerləşdirilməsi prosesində investorların iştirak imkanlarının genişləndirilməsinə xidmət edir. Razılaşmaya əsasən, investorlar bankın səhmlərini tərəfdaş investisiya şirkətlərinin vasitəsilə rahat və tam onlayn şəkildə əldə edə biləcəklər.

Əməkdaşlıq çərçivəsində Unicapital İnvestisiya Şirkəti investorların IPO prosesinə çıxışının təmin edilməsində aktiv rol oynayacaq.

Qeyd edək ki, IPO çərçivəsində Bank investorlar üçün səhmlərinin 5%-ni təklif etməyi planlaşdırır. Bu, Azərbaycan bazarında özəl bank və özəl şirkət tərəfindən həyata keçiriləcək ilk IPO olacaq.

Unicapital İnvestisiya Şirkəti kapital bazarlarının inkişafına töhfə verən təşəbbüslərdə fəal iştirak etməklə investorlar üçün daha əlçatan və müasir investisiya imkanlarının yaradılmasını davam etdirir.

Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsusdur. Şirkət 2007-ci ildən bəri fond bazarının peşəkar iştirakçısı, Bakı Fond Birjasının ilk və ən uzunmüddətli üzvüdür. Hazırda şirkətin müştəri sayı 1 000 000-u ötüb.

images.pngimages.jpg

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi.

Unicapital PAŞA Bank səhmlərinin İlkin Kütləvi Təklif üzrə yerləşdirilməsinə dair əməkdaşlıq sazişi imzalayıb

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Unicapital PAŞA Bank səhmlərinin İlkin Kütləvi Təklif üzrə yerləşdirilməsinə dair əməkdaşlıq sazişi imzalayıb

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

UForex-də güzəştli ticarət şərtlərini kəşf edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Unicapital PAŞA Bank səhmlərinin İlkin Kütləvi Təklif üzrə yerləşdirilməsinə dair əməkdaşlıq sazişi imzalayıb

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.