“Unicapital”ın təşkilatçılığı ilə ölkədə ilk dəfə “BAKU IPO SESSION 2023” keçirildi

7 dekabr 2023-cü il tarixində ölkəmizdə ilk dəfə “Unicapital İnvestisiya Şirkəti” ASC, “Azərbaycanda Amerika Ticarət Palatası” (AmCham) və “Bakı Fond Birjası”nın birgə təşkilatçılığı ilə “BAKU IPO SESSION 2023” tədbiri baş tutub.

Mətbuat üzvlərinə qapalı keçirilən görüşdə maliyyə sahəsi üzrə stratejik və dövlət əhəmiyyətli şirkətlərin rəsmi nümayəndələri iştirak edib.

“Unicapital” ASC-nin baş direktoru Vüqar Namazov tədbirdə təqdimatla çıxış edib.

Şirkətin portfeli, cari il üzrə uğurları və fəaliyyət istiqamətləri haqda ətraflı məlumat verən Cənab Namazov, uğurlu anderraytinq əməkdaşlıqları və ölkəmizdə ilk dəfə “UTrader” platforması üzərindən onlayn formada yerli qiymətli kağızların alışının istifadəyə verilməsi kimi məsələlərə də toxunub.

Tədbirin gündəliyi kapital bazarının inkişafı, dövlət qiymətli kağızlar bazarından maliyyələşdirmənin əsas aspektləri, Azərbaycanın kapital bazarlarında mühüm mərhələlər və “IPO” (İnitial Public Offer – İlkin Kütləvi Təklif) imkanları ilə bağlı bir sıra mövzuları əhatə edib.

Görüşün sonunda geniş müzakirələrə yer verilərək iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

“Unicapital”ın təşkilatçılığı ilə ölkədə ilk dəfə “BAKU IPO SESSION 2023” keçirildi

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

“Unicapital”ın təşkilatçılığı ilə ölkədə ilk dəfə “BAKU IPO SESSION 2023” keçirildi

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

“Unicapital”ın təşkilatçılığı ilə ölkədə ilk dəfə “BAKU IPO SESSION 2023” keçirildi

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi