Yaşıl maliyyə: Unicapital yeni beynəlxalq saziş imzalayıb

Sentyabrın 6-da “Unicapital İnvestisiya Şirkəti” ASC və Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) nəzdindəki “Yaşıl Maliyyə Mərkəzi” arasında Referal Saziş imzalanıb.

Saziş “Unicapital”ın Baş direktoru Vüqar Namazov və “Yaşıl Maliyyə Mərkəzi”nin Baş İcraçı direktoru Manas Gijduaniyev tərəfindən “Astana Finance Days:2024” maliyyə forumu çərçivəsində imzalanıb.

Sözügedən razılaşma Mərkəzi Asiya və Şərqi Avropada potensial emitentlər arasında yaşıl, sosial və dayanıqlı maliyyəni inkişaf etdirmək məqsədi daşıyır.

Qeyd edək ki, “Yaşıl Maliyyə Mərkəzi” yaşıl maliyyə siyasətinin inkişafını təmin edir. Sözügedən sahə ətraf mühit, ekologiya və iqlim dəyişikliyi layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Unicapital İnvestisiya Şirkəti” Azərbaycanın qiymətli kağızlar bazarında 2007-ci ildən bəri fəaliyyət göstərir. Şirkət həm fiziki, həm də hüquqi şəxslərə qiymətli kağızlara yatırım, törəmə maliyyə alətləri ilə ticarət xidmətləri və digər xidmətlər göstərir.

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Yaşıl maliyyə: Unicapital yeni beynəlxalq saziş imzalayıb

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Yaşıl maliyyə: Unicapital yeni beynəlxalq saziş imzalayıb

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Yaşıl maliyyə: Unicapital yeni beynəlxalq saziş imzalayıb

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi