Yaşıl maliyyə konfransı: Unicapital-dan dayanıqlı investisiyalara dəstək
Unicapital 24 sentyabr tarixində Bakıda keçirilən "Yaşıl Maliyyə Konfransı”nda uğurla iştirak edərək, ekoloji transformasiyanın önçüsü olduğunu bir daha nümayiş etdirib.
“Unicapital İnvestisiya Şirkəti”nin Baş direktoru Vüqar Namazov tədbirdə moderator qismində çıxış edib. O, “Yaşıl Maliyyə Sərmayələri və İnfrastrukturu” mövzusunu əhatə edən paneldə müzakirələrə qatılaraq, dayanıqlı investisiyalar sahəsindəki təcrübəsini bölüşüb.
Tədbir Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) təşkilatçılığı ilə baş tutub. Konfransda Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Qazaxıstanın Yaşıl Maliyyə Mərkəzi, Masdar, Rabobank, Bank of Georgia, Visa Azerbaijan və Bakı Fond Birjası kimi yerli və xarici qurumların sahə üzrə lider və ekspertləri bir araya gəlib. Unibank-ın İdarə Heyətinin sədri Fərid Abuşov da tədbirin spikerlərindən biri olub. O, mövzunun vacibliyini vurğulayaraq, gələcək maliyyə strategiyaları ilə bağlı fikirlərini paylaşıb.
İnvestisiya sahəsində 17 ildən çox fəaliyyət göstərən və bu istiqamətdə geniş xidmətlər təqdim edən Unicapital yaşıl maliyyə siyasətinin inkişafını daim dəstəkləyir. Xatırladaq ki, 6 sentyabr tarixində şirkət sözügedən sahə üzrə beynəlxalq saziş imzalayıb.
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.