Azərbaycanın maliyyə bazarında baş verənlər

AR Maliyyə Nazirliyinin istiqrazlarının gəlirliliyində artımlar davam edir. 19 iyul tarixində AR Maliyyə Nazirliyinin 2 illik istiqrazlarının hərracı keçirilmişdir, emissiya həcmi 20 milyon AZN, faiz dərəcəsi (kupon faizi) 4.50% olan istiqrazların hərracı 5.14% orta ölçülmüş və 5.45% kəsmə gəlirliliklə nəticələnmişdir. Bundan öncə 2 illik istiqraz hərracı (14 iyun tarixində) 5.03% orta ölçülmüş və 5.15% kəsmə gəlirliliklə nəticələnmişdi. Bu həftə AR Maliyyə Nazirliyinin 40 milyon AZN həcmində, faiz dərəcəsi 5.00% olan 3 illik istiqrazlarının hərracı keçiriləcək. Ötən dəfə eyni parametrli istiqraz hərracında orta ölçülmüş və kəsmə gəlirlilik müvafiq olaraq 5.50% və 5.90% olmuşdu. Bu həftəki hərracda da gəlirliliyin artması proqnoz edilir.

Ötən həftə "S&P" qlobal reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini "BB+/B" səviyyəsində təsdiqləyib. Reytinqlərin proqnozu "sabit"dir. Reytinqlər agentliyin əlverişli karbohidrogen qiymətləri və artan qaz ixracının 2022-2023-cü illərdə Azərbaycanın maliyyə vəziyyətini və tədiyyə balansını dəstəkləyəcəyi, habelə ölkənin Ermənistanla açıq hərbi qarşıdurmaya qayıtmayacağı və Ukraynadakı vəziyyətin Azərbaycan üçün mənfi nəticələrinin məhdud olaraq qalacağı ilə bağlı gözləntilərini əks etdirir. "Hökumət bəzi struktur maneələrini aradan qaldırmaq üçün islahatları davam etdirərsə, reytinq yüksəldilə bilər", - deyə "S&P" bildirib. Agentliyin reytinq proqnozunu "sabit" olaraq təsdiqləməsindən sonra Azərbycan avrobondlarının gəlirliliyində azalma müşahidə olunmuşdur.

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Azərbaycanın maliyyə bazarında baş verənlər

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Azərbaycanın maliyyə bazarında baş verənlər

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Azərbaycanın maliyyə bazarında baş verənlər

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi