Daxili və Xarici Bazarlara Həftəlik Baxış

Daxili bazar

  • 2024-cü il ərzində AR Maliyyə Nazirliyi tədavül müddəti 1 ilədək olan istiqrazlar üzrə 1.5 mlrd. AZN həcmində, tədavül müddəti 5 ilədək olan istiqrazlar üzrə 4.5 mlrd. AZN həcmində, tədavül müddəti 5 ildən yuxarı olan istiqrazlar üzrə 1 mlrd. AZN həcmində olmaqla ümumilikdə 7 mlrd. AZN daxili borclanma planlaşdırılmışdır. Cari ilin əvvəlindən ümumilikdə 744 milyon AZN yerləşdirmə baş tutmuş, Maliyyə Nazirliyi istiqrazlarının gəlirliliklərində artım müşahidə edilmişdir. Son hərraclara əsasən, ilkin bazarda orta ölçülmüş gəlirliliklər 1 illik istiqrazlarda 7.05%-ə, 2 illik istiqrazlarda 7.86%-ə, 3 illik istiqrazlarda isə 8.04%-ə yüksəlmişdir. Həmçinin, 12 mart tarixində 150 milyon AZN həcmində 3 illik istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
  • Ötən həftə AR Mərkəzi Bankının notlarında orta ölçülmüş gəlirliliklər 1 aylıq notlar üzrə 6.68%, 3 aylıq notlar üzrə 7.10%, 9 aylıq notlar üzrə 6.95% olmuşdur. Xatırladaq ki, AR Mərkəzi Bankının notlarını təkrar bazarda kommersiya banklarından başqa digər investorlar da əldə edə bilərlər. Bu ilin əvvəlindən notların nominal dəyəri 1 not üzrə 10 000 AZN-dən 100 000 AZN-ə dəyişdirilmişdir.

Qlobal bazar

  • Ötən həftə ABŞ bazarı üçün əsas məşğulluq göstəriciləri açıqlanmışdır. Fevral ayında qeyri-kənd təsərrüfatı sahələrində iş yerlərinin sayında ümumilikdə 275k dəyişiklik olmuşdur (yanvarda 353k, gözləntilər 200k). İşsizlik dərəcəsi artaraq 3.7%-dən 3.9%-ə yüksəlmişdir.
  • 12 mart tarixində ABŞ-da İstehlak Qiymətləri İndeksi açıqlanacaq. İnflyasiya göstəricisinin aylıq əsasda artaraq 0.3%-dən 0.4%-ə yüksələcəyi, illik inflyasiyanın isə dəyişməyərək 3.1% qalacağı gözlənilir.
  • 7 mart tarixində Avropa Mərkəzi Bankı pul siyasəti ilə bağlı iclasında faizlərin sabit saxlanılacağı ilə bağlı qərar qəbul etdi və əsas uçot dərəcəsini gözləntilərə uyğun olaraq 4.5% həddində saxladı.
  • Rusiyada inflyasiyanın artaraq 7.44%-dən 7.62%-ə yüksələcəyi gözlənilir. Məlumat 13 mart tarixində açıqlanacaq.
  • Türkiyədə inflyasiya fevral ayında artaraq 64.86%-dən 67.07%-ə yüksəlib.
  • Cari ilin əvvəlindən dünya səhm və kripto bazarlarında artım tendensiyası üstünlük təşkil etməkdədir. İlin əvvəlindən S&P500 səhm indeksi 4 743 dollardan 5 124 dollara, Dow Jones indeksi 37 715 dollardan 38 723 dollara, NASDAQ 14 766 dollardan 16 085 dollara yüksəlmişdir. Hazırda Bitcoin və Ethereum müvafiq olaraq, 71 000 dollar və 3 990 dollar həddində ticarət edilir.
  • Qızılın qiyməti tarixi maksimumunu yeniləyərək ötən həftə 2 180 dollar həddində bağlanmışdır.

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Daxili və Xarici Bazarlara Həftəlik Baxış

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Daxili və Xarici Bazarlara Həftəlik Baxış

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

"UTrader"də daha sərfəli komissiyalarla ticarətə başlayın!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Daxili və Xarici Bazarlara Həftəlik Baxış

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi