Daxili və Xarici Maliyyə bazarında baş verənlər
Yerli Bazar:
➢ Ötən həftə AR Maliyyə Nazirliyinin 2 illik istiqrazlarının hərracı ötən aydakı hərraca nəzərən 0.15% artaraq 5.49% orta ölçülmüş gəlirliliklə nəticələndi. Hərracda tələb təklifi 7 dəfədən çox üstələmiş, yerləşdirilmiş məbləğ 15 milyon AZN omuşdur. Bu həftə AR Maliyyə Nazirliyinin 30 milyon AZN həcmində 3 illik istiqrazlarının hərracı keçiriləcəkdir. 11 oktyabr tarixində keçirilən 3 illik istiqraz hərracı 7.41% orta ölçülmüş gəlirliliklə nəticələnmişdi.
➢ 19-20 oktyabr tarixlərində hər biri 30 milyon AZN olmaqla AR Mərkəzi Bankının 28, 84, 168, 252 günlük notlarının hərracı keçirilmişdir. Notlarda gəlirlilik 0.21% - 0.33% azalaraq 3.50% - 4.69% aralığımda olmuşdur.
➢ 21 oktyabr tarixində beynəlxalq reytinq agentliyi olan Fitch Ratings Azərbaycanın beynəlxalq reytinq proqnozunu “sabit”dən “pozitiv”ə dəyişib. Beynəlxalq kredit reytinqi agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini “BB+”da təsdiq edib. Agentlik bildirir ki, Azərbaycanda depozitlərin dollarlaşma səviyyəsi son vaxtlar xeyli azalıb. Belə ki, iki il əvvəl – 2020-ci ilin 2-ci rübünün sonuna dollarlaşma səviyyəsi 60,4% olduğu halda, 2022-ci ilin avqustun sonuna bu göstərici 49,3%-ə düşüb. Amma bu göstərici Azərbaycanın daxil olduğu ölkələr qrupundakı median göstəricisindən – yəni 16,5%-dən xeyli yüksəkdir.
➢ 28 oktyabr tarixində AR Mərkəzi Bankının faiz dəhlizinin parametrləri ilə bağlı iclası keçiriləcəkdir.
Xarici Bazarlar:
➢ Ötən həftə Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 150 faiz bəndi azaldaraq 12%-dən 10.5%-ə endirib.
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.