Hərəkətli bazarlarda son dəyişikliklər

Daxili Bazar

  • Ötən həftə AR Maliyyə Nazirliyinin 50 milyon AZN həcmində 2 illik istiqrazlarının hərracında tələb təklifi 2.7 dəfədən çox üstələmiş, orta ölçülmüş gəlirlilik 9.15% olmuşdu. Bundan öncəki 2 illik istiqraz hərracında orta ölçülmüş gəlirlilik 9.26% idi.
  • AR Maliyyə Nazirliyi yanvar ayında nəzərdə tutulan emissiya planını açıqlayıb. Bu həftə 50 milyon AZN həcmində 1 illik və növbəti həftə də 50 milyon AZN həcmində 3 illik istiqrazların hərracları nəzərdə tutulub. Qeyd edək ki, AR Maliyyə Nazirliyi 2 illik istiqrazlarında faiz dərəcəsini 4.5%-dən 6.0%-ə qaldırıb. 3 illik istiqrazlarında da faiz gəlirlərində artım gözlənilir.
  • AR Mərkəzi Bankının notlarının gəlirliliklərində ötən həftə də artım müşahidə edilib. 28 günlük və 84 günlük notlarda gəlirliliklər müvafiq olaraq, 6.32%- dən 6.70%-ə və 7.38%-dən 7.69%-ə qalxmışdır. 168 günlük və 252 günlük notların gəlirliliklərində əsaslı dəyişiklik olmamış, hərraclar müvafiq olaraq, 8.22% (bundan öncə 8.16%) və 8.94% (bundan öncə 8.91%) orta ölçülmüş gəlirliliklə nəticələnmişdi.
  • Ötən həftə Azərbaycanda inflyasiya məlumatı açıqlanıb. 2022-ci ildə Azərbaycanda istehlak qiymətləri indeksi 2021-ci ilə nisbətən 13.9% təşkil edib. Ərzaq inflyasiyası 19.5%, qeyriərzaq inflyasiyası 8.6% təşkil edi

Xarici bazar

  • Ötən həftə Türkiyə uçot faiz dərəcəsini açıqladı. Gözləntilərə əsasən uçot faiz dərəcəsi dəyişdirilməyərək 9.00% saxlanıldı. Xatırladaq ki, Türkiyədə inflyasiya əhəmiyyətli dərəcədə azalaraq 84.39%-dən 64.27%-ə düşmüşdür.
  • 18 yanvar tarixində Avrozonada inflyasiya məlumatı açıqlandı. Avrozonada inflyasiya dərəcəsi gözləntilərə də uyğun olaraq 9.2% açıqlandı.

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Hərəkətli bazarlarda son dəyişikliklər

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Hərəkətli bazarlarda son dəyişikliklər

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Hərəkətli bazarlarda son dəyişikliklər

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi