Hərəkətli bazarlarda son dəyişikliklər

Daxili Bazar

  • 20 iyun tarixində AR Maliyyə Nazirliyinin 2 illik istiqrazlarının hərracında tələb təklifi 3.5 dəfə üstələmiş, hərrac 7.80% orta ölçülmüş gəlirliliklə nəticələnmişdir. Xatırladaq ki, bundan öncəki 2 illik istiqrazların hərracında gəlirlilik 7.19% olmuşdu.
  • 24 iyun tarixində keçirilən 3 illik AR Maliyyə Nazirliyinin istiqrazlarında tələb artmış, həmçinin gəlirlilik 8.44%-dən 8.82%-ə yüksəlmişdir. Həmçinin, 4 iyul tarixində də 60 milyon AZN həcmində 3 illik istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
  • AR Mərkəzi Bankının not hərraclarında isə gəlirliliklər artıq 3-cü dəfədir ki, ardıcıllıqla azalmaqda davam edir. Belə ki, son hərraclarda 1,3,6 və 9 aylıq notlarda gəlirliliklər 6.19%-9.02% aralığından 5.89%-8.85% aralığına düşmüşdür. Həmçinin nəzərə almaq lazımdır ki, son hərraclarda tələbdə əsaslı artım gözə çarpmaqdadır.

Qlobal bazar

  • Bu həftənin cümə günü ABŞ üçün önəmli iqtisadi göstəricilərdən biri olan məşğulluq məlumatı – qeyri-kənd təsərrüfatı sahəsində iş yerlərinin sayındakı dəyişiklik məlumatı açıqlanacaq. Göstəricinin azalaraq 339k-dan 225k-a düşəcəyi proqnoz edilib. Həmçinin, işsizlik dərəcəsinin 3.7%-dən 3.6%-ə düşəcəyi gözlənilir.
  • Avrozonada illik inflyasiya azalaraq 6.1%-dən 5.5%-ə düşmüşdür. İqtisadçıların gözləntiləri inflyasiyanın 5.6%-ə düşəcəyi istiqamətində idi.
  • Avrozonada işsizlik isə gözləntilərə də uyğun olaraq dəyişməz olaraq 6.5% qalıb.
  • 22 iyun tarixində Türkiyə Mərkəzi Bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqladı. Bloomberg-ə əsasən, analitiklər faizlərin 20%-ə qaldırılacağını proqnoz etsələr də, TMB faizləri 8.50%-dən 15%-ə qaldırdı. Qərardan sonra Türk lirəsi ABŞ dolları qarşısında dəyər itirməyə davam etdi.
  • 5 iyul tarixində Türkiyədə inflyasiya məlumatı açıqlanacaq. İstehlak Qiymətləri İndeksinin 39.59%-dən 38.90%-ə düşəcəyi gözlənilir.
  • Rusiyada işsizlik dərəcəsi 3.3%-dən 3.2%-ə düşmüşdür

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Hərəkətli bazarlarda son dəyişikliklər

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Hərəkətli bazarlarda son dəyişikliklər

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Hərəkətli bazarlarda son dəyişikliklər

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi