Hərəkətli bazarlarda son dəyişikliklər

Daxili bazar

  • Ötən həftə AR Maliyyə Nazirliyinin 80 milyon AZN həcmində 1 illik istiqrazlarının yerləşdirilməsi üzrə keçirilən hərracda tələb 247 milyon AZN-dən çox olmuş və hərrac 7.61% orta ölçülmüş və 7.99% kəsmə gəlirliliklə nəticələnmişdir. Sentyabr ayında keçirilən hərracda isə 1 illik istiqrazların orta ölçülmüş və kəsmə gəlirlilikləri, müvafiq olaraq, 6.26% və 7.20% idi.
  • Bu həftə AR Maliyyə Nazirliyinin 90 milyon AZN həcmində 3 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Ötən ay 3 illik istiqrazların yerləşdirilməsi üzrə hərrac 8.16% orta ölçülmüş və 8.38% kəsmə gəlirliliklə nəticələnmişdi.
  • AR Mərkəzi Bankının notları üzrə gəlirliliklər keçən həftə 3 aylıq notlar üzrə 8.13%-dən 8.11%-ə, 6 aylıq notlar üzrə 8.05%-dən 8.16%-ə, 9 aylıq notlar üzrə 8.46%-dən 8.36%-ə dəyişmişdir. 1 aylıq not hərracı isə hərrac zamanı investorlar tərəfindən təklif olunan sifarişlər buraxılış şərtlərində Emitent tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiş tələbə uyğun olmadığından baş tutmamışdır.

Xarici bazar

  • Ötən həftə ABŞ-da əsas məşğulluq göstəricilərindən biri olan qeyri-kənd təsərrüfatı sahələrində iş yerlərinin sayındakı dəyişiklik məlumatı açıqlandı. Qeyd edilən iş yerlərinin sayı əhəmiyyətli dərəcədə artaraq sentyabr ayında 336k olmuşdur, gözləntilər 170k idi. İşsizlik dərəcəsi isə 3.8% olaraq açıqlanmışdır.
  • 12 oktyabr tarixində ABŞ-da sentyabr ayının istehlak qiymətləri indeksi açıqlanacaq. İnflyasiyanın azalaraq 3.7%-dən 3.6%-ə düşəcəyi gözlənilir.
  • Avrozonada işsizlik gözləntilərə də uyğun olaraq 6.4% açıqlandı.
  • Keçən həftə açıqlanan məlumata əsasən Türkiyədə inflyasiya sentyabr ayında artaraq 58.94%-dən 61.53%-ə yüksəlmişdir.
  • Bu həftə Rusiyada sentyabr ayının inflyasiya məlumatı açıqlanacaq. İnflyasiyanın artaraq 5.15%-dən 5.90%-ə yüksələcəyi proqnoz edilir.

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Hərəkətli bazarlarda son dəyişikliklər

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Hərəkətli bazarlarda son dəyişikliklər

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Hərəkətli bazarlarda son dəyişikliklər

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi