Hərəkətli bazarlarda son vəziyyət

Daxili bazar

  • Ötən həftə AR Maliyyə Nazirliyinin 3 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərracda tələb təklifi 4.5 dəfədən çox üstələmiş, yerləşdirilmiş həcm 60 milyon AZN olmuşdur. Hərracda orta ölçülmüş və kəsmə gəlirliliklər müvafiq olaraq, 8.37% 8.75% olmuşdur. Bundan öncə baş tutan 3 illik istiqrazların hərracı 9.11% orta ölçülmüş və 9.34% kəsmə gəlirliliklə nəticələnmişdi.
  • Bu həftə AR Maliyyə Nazirliyinin 30 milyon AZN həcmində 2 illik istiqrazlarının hərracı keçiriləcək. Bundan öncə 2 illik istiqrazların hərracı fevral ayında keçirilmiş və 9.04% orta ölçülmüş gəlirliliklə nəticələnmişdi.
  • Bundan əlavə aprel ayının son həftəsində də AR Maliyyə Nazirliyi 50 milyon AZN həcmində 3 illik istiqraz hərracının keçirilməsini planlaşdırıb. Nazirlik həmçinin, may və iyun aylarında hər birində 90 milyon AZN-i 3 illik istiqrazlar olmaqla hər bir ayda 180 milyon AZN (may-180 mln AZN, iyun-180 mln AZN) həcmində istiqrazlarının yerləşdirilməsini nəzərdə tutur.
  • Ötən həftə Azərbaycanda inflyasiya məlumatı açıqlanıb. İnflyasiya qismən azalaraq 13.9%-dən 13.8%-ə düşüb. 2023-cü ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin yanvar-mart aylarına nisbətən 13,8%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,1%, qeyri-ərzaq məhsulları üzrə 12% artıb.

Qlobal bazar

  • ABŞ-da inflyasiya azalmağa davam edir. Belə ki, ötən həftə ABŞ-da açıqlanan İstehlak Qiymətləri İndeksi məlumatına əsasən inflyasiya 6.0%-dən 5.0%-ə düşmüşdür. Analitiklər inflyasiyanın 5.1%-ə düşəcəyini proqnoz etmişdilər.
  • ABŞ-da ilkin işsizlik müraciətləri artaraq 228k-dan 239k-a yüksəlmişdir. Xatırladaq ki, ABŞ-da işsizlik dərəcəsi mart ayında 3.6%-dən 3.5%-ə düşmüşdür.
  • 19 aprel tarixində Avrozonada inflyasiya məlumatı açıqlanacaq. Analitiklər inflyasiyanın dəyişməyərək 6.9% qalacağını proqnozlaşdırırlar.
  • Türkiyədə işsizlik artaraq 9.7%-dən 10%-ə qalxmışdır.
  • Rusiyada inflyasiya əhəmiyyətli dərəcədə azalaraq 10.99%-dən 3.51%-ə düşmüşdür. Bloomberg-ə əsasən analitiklər bu göstəricinin 3.4%-ə düşəcəyini gözləyirdilər.

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Hərəkətli bazarlarda son vəziyyət

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Hərəkətli bazarlarda son vəziyyət

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Hərəkətli bazarlarda son vəziyyət

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi