Hərəkətli maliyyə bazarlarına həftəlik baxış

Daxili bazar

  • Ötən həftə AR Maliyyə Nazirliyinin 100 milyon AZN həcmində 3 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı gəlirlilik dərəcələri Emitenti qane etmədiyi üçün hərrac baş tutmamışdır. Xatırladaq ki, ötən ayın sonu da 3 illik istiqrazların yerləşdirilməsi üzrə hərrac eyni səbəbdən baş tutmamış və faiz dərəcəsi Emitent tərəfindən 7%-dən 6%-ə endirilmişdir. 12 dekabr tarixində də 100 milyon AZN həcmində eyni müddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək. AR Maliyyə Nazirliyinin açıqladığı məlumata əsasən, dekabr ayı ərzində ümumilikdə 300 milyon AZN olmaqla, 100 milyon AZN həcmində 2 illik, 200 milyon AZN həcmində isə 3 illik istiqrazların yerləşdirilməsi planlaşdırılır.
  • 6 və 7 dekabr tarixlərində AR Mərkəzi Bankı sterilizasiya əməliyyatlarının tərkib hissəsi kimi 6 və 9 aylıq not hərracları vasitəsilə 40 milyon AZN vəsait cəlb etmişdir. Notların gəlirliliklərində əhəmiyyətli dəyişiklik olmamış, 6 aylıq notlar ortalama 7.72%-lə, 9 aylıq notlar isə 7.82% ilə yerləşdirilmişdir.
  • Azərbaycanda noyabr ayının inflyasiya məlumatı açıqlanıb. Məlumata əsasən ölkədə deflyasiya baş vermiş, illik, həmçinin, aylıq inflyasiya azalmış, illik inflyasiya (2022-ci ilin yanvar-noyabr aylarına nisbətən) 10.2%-dən 9.4%-ə və aylıq inflyasiya isə (2022-ci ilin noyabr ayına nisbətən) 3.9%-dən 2.6%-ə düşmüşdür. Noyabr ayında illik inflyasiya ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 10,4%, qeyri-ərzaq məhsulları üzrə 8,9%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,6% olmuşdur.

Qlobal bazar

  • ABŞ-da əmək bazarında canlanma müşahidə olunur. Belə ki, 8 dekabr tarixində açıqlanan məlumata əsasən qeyri-kənd təsərrüfatı sahələrində iş yerlərinin sayındakı dəyişiklik artaraq 150k-dan 199k-a yüksəlmişdir. Gözləntilər 185k idi. Eyni zamanda ABŞ-da işsizlik dərəcəsi də azalaraq 3.9%-dən 3.7%-ə düşmüşdür.
  • 12 dekabr tarixində ABŞ-da noyabr ayı üzrə inflyasiya məlumatı açıqlanacaq. Bir çox analitiklər illik inflyasiyanın azalaraq 3.2%-dən 3.1%-ə düşəcəyini proqnoz edirlər.
  • 13 dekabr tarixində ABŞ “FED” iclasını keçirəcək və faiz dərəcələri ilə bağlı bu ilin son qərarını verəcəkdir. İnflyasiyanın azalaraq hədəflənən inflyasiyaya yaxınlaşması səbəbi ilə FED-in bu iclasda gözləmə mövqeyi tutacağı, faiz dərəcələrinin 5.25%-5.50% həddində dəyişməz saxlanılacağı gözlənilir.
  • 14 dekabr tarixində isə Avropa Mərkəzi Bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Avropa Mərkəzi Bankının da gözləmə mövqeyi tutması, faizləri dəyişməyərək 4.50% saxlayacağı gözlənilir.
  • Türkiyədə işsizlik azalaraq 9.1%-dən 8.5%-ə düşmüşdür.
  • Rusiyada inflyasiya sürətlənərək 6.69%-dən 7.48%-ə yüksəlmişdir.
  • 15 dekabr tarixində Rusiya Mərkəzi Bankının monetar siyasət ilə bağlı iclasını keçirəcəyi və iclasda əsas faiz dərəcəsinin 15.00%-dən 15.75%-ə qaldırılacağı gözlənilir.

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Hərəkətli maliyyə bazarlarına həftəlik baxış

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Hərəkətli maliyyə bazarlarına həftəlik baxış

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

"UTrader"də daha sərfəli komissiyalarla ticarətə başlayın!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Hərəkətli maliyyə bazarlarına həftəlik baxış

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi