Maliyyə bazarlarına həftəlik baxış

Daxili Bazar

  • AR Maliyyə Nazirliyinin 3 illik istiqrazlarında gəlirlilik artaraq 8.82%-dən 9.22%-ə yüksəlmişdir. Hərracda 90 milyon manat həcmində vəsait yerləşdirilmiş, kəsmə gəlirlilik 9.90% olmuşdur.
  • İyul ayında həmçinin, 50 milyon AZN həcmində 1 illik, 60 milyon AZN həcmində 2 illik və 50 milyon AZN həcmində 5 illik istiqrazların ilkin yerləşdirilməsi nəzərdə tutulub.
  • AR Mərkəzi Bankının 1, 3, 6 və 9 aylıq notlarında gəlirliliklər 5.89% - 8.85% aralığından 5.87% - 9.14% aralığına dəyişmişdir. 1, 3, 6 aylıq notlarda əsaslı dəyişliklik olmamış, 9 aylıq notlarda isə gəlirlilik 8.85%-dən 9.14%-ə qədər artmışdır.

Qlobal Bazar

  • Ötən həftə ABŞ-da məşğulluq göstəricisi olan qeyri-kənd təsərrüfatı sahəsində iş yerlərinin sayındakı dəyişiklik məlumatı açıqlanıb. İş yerlərinin sayı azalaraq 339 mindən 209 minə düşmüşdür.
  • ABŞ-da işsizlik azalmış, işsizlik dərəcəsi 3.7%-dən 3.6%-ə düşmüşdür.
  • 12 iyul tarixində ABŞ-da istehlak qiymətləri indeksi açıqlanacaq. İnflyasiyanın azalaraq 4.00%-dən 3.1%-ə düşəcəyi gözlənilir.
  • Ötən həftə Rusiyada iqtisadi artım məlumatları açıqlanmışdır. İqtisadiyyatda geriləmə davam etmiş, ÜDM artımı -1.8% olmuşdur. Həmçinin Rusiyanın qızıl və valyuta ehtiyatları da azalmaqda davam etmiş, ehtiyatlar 587 milyard dollardan 582 milyard dollara düşmüşdür.
  • 12 iyul tarixində Rusiyada inflyasiya məlumatı açıqlanacaq. İqtisadçılar inflyasiyanın artaraq 2.51%- dən 3.30%-ə qalxacağını proqnoz edirlər.
  • Türkiyədə inflyasiya azalaraq 39.59%-dən 38.21%-ə düşmüşdür. Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı 22 iyun tarixində faiz dərəcəsini 8.5%-dən 15.00%-ə qaldırmışdı. Analitiklərin gözləntisi isə faizlərin 20.00%-ə qaldırılacağı istiqamətində idi.
  • Türkiyədə işsizlik azalaraq 10.20%-dən 9.50%-ə düşmüşdür.

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Maliyyə bazarlarına həftəlik baxış

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Maliyyə bazarlarına həftəlik baxış

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Maliyyə bazarlarına həftəlik baxış

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi