Maliyyə bazarlarına həftəlik baxış

Daxili bazar

  • Azərbaycanda növbəti dəfə deflyasiya baş vermiş, illik inflyasiya azalaraq avqust ayında 12.2%-dən11.7%-ə düşmüşdür. Avqust ayında inflyasiya ərzaq məhsulları üzrə 13.4%, qeyri-ərzaq məhsulları üzrə 10.6%, əhaliyə göstərilmiş xidmətlər üzrə 10.2% olmuşdur.
  • Ötən həftə AR Maliyyə Nazirliyinin 70 milyon AZN həcmində 1 illik və 65 milyon AZN həcmində 2 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hər 2 hərracda tələb təklifi 3 dəfədən çox üstələmiş, müvafiq olaraq, 105 milyon AZN ( 1 illik) və 97.5 milyon AZN (2 illik) vəsait yerləşdirilmişdir. 1 illik istiqrazlarda orta ölçülmüş gəlirlilik avqust ayına nəzərən 6.50%-dən 6.26%-ə, 2 illik istiqrazlarda isə 8.05%-dən 7.48%-ə düşmüşdür.
  • Bu həftə AR Maliyyə Nazirliyinin 80 milyon AZN həcmində 3 illik istiqrazlarının yerləşdirilməsi nəzərdə tutulub. Avqust ayında 3 illik istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərracda orta ölçülmüş və kəsmə gəlirliliklər, müvafiq olaraq, 8.26% və 8.38% idi.
  • Ötən həftə AR Mərkəzi Bankının 1 aylıq not hərraclarında gəlirlilik 8.20%-dən 8.16%-ə, 3 aylıq notlarda 8.00%-dən 8.24%-ə, 6 aylıq notlarda 8.46%-dən 8.29%-ə, 9 aylıq notlarda isə 9.00%-dən 8.86%-ə dəyişmişdir. 7 günlük notlarda isə gəlirlilik 8.21%-dən 8.33%-ə yüksəlmişdir. Qeyd edək ki, AR Mərkəzi Bankının not hərraclarında yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar iştirak edə bilər və 7 günlük notlarda digər notlardan fərqli olaraq qiymət limiti tətbiq olunur.

Qlobal bazar

  • 13 sentyabr tarixində ABŞ-da maliyyə bazarları üçün mühim məlumat olan inflyasiya məlumatı açıqlanacaq. Əsas inflyasiya göstəricisi olan istehlak qiymətləri indeksinin artaraq 3.2%-dən 3.6%-əyüksələcəyi proqnoz edilir. Xatırladaq ki, deflyasiyanın ardından iyul ayında inflyasiya artaraq 3.0%-dən 3.2%-ə yüksəlmişdi. Hazırda artıma təsir edəcək əsas amillər enerji və ərzaq məhsulları qiymətləridir. Avqust ayı üçün enerji və ərzaq qiymətləri nəzərə alınmamaqla istehlak qiymətləri indeksinin 4.7%-dən4.3%-ə düşəcəyi gözlənilir.
  • Avrozonada cari ilin 2-ci rübündə iqtisadi geriləmə müşahidə edilmişdir. Belə ki, rüblük əsasda ÜDM artımı 0.3%-dən 0.1%-ə (gözləntilər 0.3%), illik əsasda 0.6%-dən 0.5%-ə (gözlənti 0.6%) geriləmişdir.
  • 14 sentyabr tarixində Avropa Mərkəzi Bankı uçot faiz dərəcəsini açıqlayacaq. Faizlərin dəyişdirilməyərək 4.25% həddində sabit saxlanılacağı proqnoz edilir. Xatırladaq ki, Avrozonada avqust ayında inflyasiya 5.3% idi.
  • Türkiyədə işsizlik dərəcəsi 9.6%-dən 9.4%-ə düşmüşdür.
  • Rusiyada keçən həftə açıqlanan məlumata əsasən inflyasiya 4.30%-dən 5.15%-ə yüksəlmişdir. Həmçinin, ÜDM artımı 4.9% olmuşdur.
  • 15 sentyabr tarixində Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq. Əsas faiz dərəcəsinin dəyişdirilməyərək 12.00% həddində sabit saxlanılacağı gözlənilir.

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Maliyyə bazarlarına həftəlik baxış

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Maliyyə bazarlarına həftəlik baxış

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Maliyyə bazarlarına həftəlik baxış

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi