Maliyyə bazarlarına həftəlik baxış

Daxili bazar

  • 26 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040109 ISIN-li, 55 mln. manat həcmində, 1092 gün (qalıq 938 gün) olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 96,5083(9.5234%) manat və 101,5843 (7.5213%) manat olan 43 sifariş təqdim edilmişdir. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100,2277 (8.0437%) manat, orta ölçülmüş qiyməti 100,6856 (7.8664%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 141,632,400 manat, yerləşdirilmiş həcmi isə 55,000,000 manat təşkil edilmişdir.
  • AR Mərkəzi Bankının keçən həftə keçirilən 1 aylıq notlarının yerləşdirilməsi üzrə hərraclar investorlar tərəfindən təklif olunan sifarişlərin buraxılış şərtlərində Emitent tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiş tələbə uyğun olmadığından baş tutmamışdır. 3 aylıq notlarda orta ölçülmüş gəlirliliklər 8.21%-dən 8.13%-ə, 6 aylıq notlarda orta ölçülmüş gəlirliliklər 8.20%-dən 8.05%- ə, 9 aylıq notlarda isə 8.49%-dən 8.46%-a düşmüşdür.

Xarici bazar

  • Ötən həftə ABŞ-da şəxsi gəlirlər və şəxsi xərc göstəriciləri uyğun olaraq 0,4% olaraq açıqlanıb.Həmçinin inflyasiya göstəricilərindən biri hesab edilən PCE Deflyatoru 3,5% olaraq açıqlanıb.
  • Bu həftə ABŞ-da Təchizat İdarəetmə İstehsalat İnstitutu (İSM manufacturing), Təchizat İdarəetmə Xidmətləri İnstitutu (İSM Services) və İşsizlik səviyyəsi ilə bağlı vacib məlumatlar açıqlanacaq.
  • Avrozonada sentyabr ayı üçün aylıq inflyasiya 0,3% olaraq açıqlanıb. Qeyd edək ki, əvvəlki ay üçün olan göstərici və gözlənti 0,5% idi. Təxmin edilən illik inflyasiya isə gözləntidən (4,5%) daha az 4,3% olaraq açılanıb.
  • Bu həftə Avrozonada vacib məlumatlar içərisində işsizlik səviyyəsi açıqlanacaq. Qeyd edək ki, avqust ayı üçün olan bazar gözləntisi əvvəlki ay üçün olan göstəricidən (6,4%) fərqlənmir.
  • Keçən həftə Böyük Britaniyada vacib göstəricilər içərisində olan ÜDM açıqlanıb. Qeyd edək ki, 2-ci rübün sonu üçün bu göstərici gözləntilərin (0,4%) əksinə olaraq daha çox 0,6% olaraq açıqlanıb.
  • Türkiyədə keçən həftə vacib məlumatlar içərisində avqust ayı üçün olan ticarət balansı açıqlanıb. Əvvəlki aya nisbətən (- 8,9 milyard ABŞ dollarından) bu göstərici azalaraq - 8,6 milyard dollar təşkil edib.
  • Türkiyədə bu həftə vacib məlumatlar içərisində inflyasiya səviyyəsi açıqlanacaq. Bazar sentyabr ayı üçün illik inflyasiyanın 58,94%-dən artaraq 61,6% olacağını proqnozlaşdırır.

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Maliyyə bazarlarına həftəlik baxış

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Maliyyə bazarlarına həftəlik baxış

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Maliyyə bazarlarına həftəlik baxış

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi