Maliyyə bazarlarına həftəlik baxış

Daxili Bazar

  • Ötən həftə AR Maliyyə Nazirliyinin 55 milyon AZN həcmində 3 illik (973 gün) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda tələb 216 milyon AZN olmuş, 82,5 milyon AZN yerləşdirilmişdir. İstiqrazların orta ölçülmüş və kəsmə gəlirlilikləri müvafiq olaraq, 8.27% və 8.48% olmuşdur.
  • Bu həftə 40 milyon AZN həcmində 3 illik istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
  • AR Mərkəzi Bankının notlarının gəlirliliklərində cüzi dəyişmələr qeydə alınmışdır. Orta ölçülmüş gəlirliliklər 3 aylıq notlarda 8.56%-dən 8.48%-ə, 6 aylıq notlarda 8.66%-dən 8.59%-a, 9 aylıq notlarda isə 9.23%- dən 9.18%-ə düşmüşdür. 1 aylıq notların hərracında gəlirlilik 8,06%-dan 8.29%-a yüksəlmişdir.
  • Həmçinin, keçən həftə AR Mərkəzi Bankının 7 günlük notlarının yerləşdirilməsi üzrə hərrac da keçirilmişdir. Hərrac zamanı investorlar tərəfindən təklif olunan sifarişlər buraxılış şərtlərində Emitent tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiş tələbə uyğun olmadığından hərrac baş tutmamışdır.

Qlobal Bazar

  • Keçən həftənin vacib məlumatları içərisində dünyanın aparıcı mərkəzi banklarının ABŞ-ın Vayominq ştatında Jackson Hole-da Fes-in ənənəvi yığıncağında bir araya gəlmələri və söylədikləri açıqlamalar olub. Federal Ehtiyat Sisteminin illik yığıncağında Fed-in sədri Cerom Pauel və Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqardın əsas çıxışları cümə günü olub, onların hər biri öz çıxışında keçmişdə başlamış tarixi faiz artımının davamının lazım olub-olmaması məsələsini həll edərkən, qarşılaşdıqları problemləri qeyd etmişlər. Eyni zamanda, onlar investorlara yaxın aylarda həqiqətən faiz artımı edib-etməyəcəkləri barədə az məlumat vermişlər. Ingiltərə Bankının sədr müavini Ben Brodbent faizlərin artımına ehtiyac olduğunu, Yaponiya Bankının rəhbəri Kazuo Ueda isə aşağı dərəcələrə ehtiyac olduğunu vurğulayıb.
  • Ötən həftə ABŞ-da işsizliklə bağlı müraciətlərinin sayı açıqlanıb. Gözlənti 240 000 olduğu halda, göstərici daha yaxşı 230 000 olaraq açıqlanıb. Həmçinin davam edəm müraciətlərin sayında da 1,705 milyondan 1,702 milyona azalma müşahidə edilib.
  • Bu həftə ABŞ-da vacib məlumatlar içərisində avqustun 30-u ümumi daxili məhsul məlumatları, sentyabr ayının 1-i isə işsizlik səviyyəsi açıqlanacaq. Qeyd edək ki, ümumi daxili məhsul üzrə gözlənti dəyişməz olaraq 2,4% -dir, işsizlik səviyyəsi üzrə də gözlənti dəyişməz olaraq 3,5%-dir.
  • Bu həftə Avrozonada vacib məlumatlar içərisində işsizlik və inflyasiya göstəriciləri açıqlancaq.
  • Türkiyə Mərkəzi Bankı keçən həftə avqust ayının 24-ü gözlənilmədən uçot dərəcəsini 17,5%-dən 25% dək (gözlənti 20% idi) qaldırdı. Bu addımdan sonra Lirə dollar qarşısında 27,31-dən 25,82-ə düşərək möhkəmlənsə də, sonradan yenidən 26,56-dək qalxıb.

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Maliyyə bazarlarına həftəlik baxış

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Maliyyə bazarlarına həftəlik baxış

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İnvestisiya xidmətləri üçün müraciət edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Maliyyə bazarlarına həftəlik baxış

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi