Yerli və xarici bazarda son dəyişikliklər
Daxili Bazar
- 11-12 yanvar tarixlərində AR Mərkəzi Bankının notlarının hərracları keçirilmişdir. Notların gəlirliliklərində artım müşahidə edilmişdir. Belə ki, hər biri 45 milyon AZN həcmində olan 28 günlük və 84 günlük notlarda gəlirliliklər müvafiq olaraq, 6.17%-dən 6.32%-ə və 6.24%-dən 7.38%-ə yüksəlmişdir. 168 və 252 günlük hərracların hər birində 15 milyon AZN yerləşdirilmişdir və bu notlarda da gəlirlilik artmış, 168 günlük notlarda 8.00%-dən 8.16%-ə, 252 günlük notlarda isə 8.44%-dən 8.91%-ə yüksəlmişdir.
- 17 yanvar tarixində AR Maliyyə Nazirliyinin 50 milyon AZN həcmində, faiz dərəcəsi 6.00% olan (bundan öncə 4.50% idi) 2 illik istiqrazlarının hərracı keçiriləcək. Ötən dəfə AR Maliyyə Nazirliyinin 2 illik istiqrazlarının hərracı 9.26% orta ölçülmüş və 9.99% kəsmə gəlirliliklə nəticələnmişdi.
- Ötən həftə AR Mərkəzi Bankı pul təklifinin daha effektiv tənzimlənməsi, faiz dəhlizinin maliyyə sistemindəki faizlərə təsirinin gücləndirilməsi üçün məcburi ehtiyat normalarına dəyişiklik etmişdir. Məcburi ehtiyat normaları milli valyutada cəlb edilmiş fiziki şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (bundan sonra – fərdi sahibkarlar) depozitləri üzrə 5% və xarici valyutada cəlb edilmiş fiziki şəxslərin və fərdi sahibkarların depozitləri üzrə 6% müəyyən edilmişdir.
Xarici bazarlar
- Ötən həftə ABŞ-da inflyasiya məlumatı açıqlandı. İnflyasiya analitiklərin gözləntilərinə uyğun olaraq 6.5% açıqlandı. Xatırladaq ki, noyabr ayında illik inflyasiya 7.1% təşkil etmişdi. Bu məlumatın açıqlanmasından sonra ABŞ dolları digər valyutalar qarşısında zəifləyib və səhm bazarında canlanmalar müşahidə edilib.
- 13 yanvar tarixində Rusiyada da inflyasiya dərəcəsi açıqlanıb. Dekabr ayında illik inflyasiya Rusiyada 11.98%-dən azalaraq 11.94%-ə düşmüşdür. Bloomberg analitiklərinin gözləntisi inflyasiyanın artması, 12.20%-ə yüksəlməsi istiqamətində idi.
- Türkiyə bu həftə uçot faiz dərəcəsini açıqlayacaq. Gözləntilərə əsasən uçot faiz dərəcəsi dəyişdirilməyərək 9.00% saxlanılacaq. Xatırladaq ki, Türkiyədə inflyasiya əhəmiyyətli dərəcədə azalaraq 84.39%-dən 64.27%-ə düşmüşdür.
Ətraflı məlumat üçün sorğu göndərin
Sizin sorğunuz uğurla göndərildi
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.