Yerli və xarici bazarların analitikası

Daxili bazar

  • Ötən həftə AR Maliyyə Nazirliyinin 25 milyon AZN həcmində 3 illik hərracı (effektiv müddət 2 il 9 ay) 7.56% orta ölçülmüş gəlirliliklə nəticələnmişdir. Hərracda tələb təklifi 6.5 dəfədən çox üstələmişdir. Cari ilin sonunadək AR Maliyyə Nazirliyi istiqrazlarının hərracları nəzərdə tutulmamışdır.
  • 7-8 dekabr tarixlərində hər biri 30 milyon AZN olmaqla AR Mərkəzi Bankının notlarının hərracları keçirilmişdir. Hərraclarda gəlirliliklər artmış, orta ölçülmüş gəlirliliklər 3.78% - 5.94% aralığında olmuşdur (bundan öncəki hərraclarda bu göstərici 3.42% - 5.50% idi).
  • 2023-cü ilin Dövlət Büdcəsi təsdiq edilib. Dövlət Büdcəsi kəsirinin 2 milyard 579,9 milyon manat, inflyasiyanın orta illik göstəricisinin 6.9%, Ümumi Daxili Məhsulun real artım tempinin 2,7% olacağı proqnozlaşdırılıb. Gələn ilin dövlət büdcəsində neftin bir barelinin orta illik qiyməti 50 dollar məbləğində müəyyən edilib.
  • 16 dekabr tarixində AR Mərkəzi Bankı faiz dəhlizinin parametrləri ilə bağlı qərarını verəcək. Qərar inflyasiyanın faktiki və proqnozlaşdırılan dinamikası nəzərə alınmaqla xarici mühitdə və daxili iqtisadiyyatda yaranan risk balansından asılı olaraq qəbul ediləcəkdir.

Xarici bazar

  • 13 dekabr tarixində ABŞ-da inflyasiya göstəricisi açıqlanacaq. Analitiklər inflyasiyanın ötən ayla müqayisədə azalaraq 7.3%-ə düşəcəyini proqnoz ediblər. Ötən ay inflyasiya 8.2%-dən 7.7%-ə düşmüşdü.
  • 14 dekabr tarixində ABŞ Federal Ehtiyatlar Sistemi faiz qərarı ilə bağlı iclas keçirəcək. İclasda faizlərin 0.50% artırılaraq aşağı həddinin 3.75%-dən 4.25%-ə, yuxarı həddinin isə 4.00%-dən 4.50%-ə artırılacağı gözlənilir.
  • 16 dekabrda Rusiyada uçot faiz dərəcəsi qərarı açıqlanacaq, faizlərin dəyişməz, 7.50% saxlanılacağı gözlənilir.
  • Ötən həftə Rusiyada və Türkiyədə inflyasiya göztəriciləri açıqlanıb. Hər iki ölkədə inflyasiya azalaraq keçən aydakından aşağı olmuşdur. Rusiyada illik inflyasiya gözləntilərdən (12.10%) aşağı, 11.98% olub. Türkiyədə isə inflyasiya 84.39% olub (gözlənti 84.80% idi). Xatırladaq ki, ötən ay Rusiyada və Türkiyədə inflyasiya müvafiq olaraq 12.63% və 85.51% olmuşdu.

Yerli və xarici bazarların analitikası

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Yerli və xarici bazarların analitikası

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

"UTrader"də daha sərfəli komissiyalarla ticarətə başlayın!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Yerli və xarici bazarların analitikası

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi