İstiqraz nədir?

İstiqraz alarkən investor hansı təhlükələrlə üzləşə bilər? - Müsahibə

İstiqrazlar bir investorun müəyyən bir müddət üçün bir şirkətə və ya hökumətə müntəzəm faiz ödəmələri qarşılığında borc verdiyi investisiya qiymətli kağızlardır. İstiqrazın ödəmə müddətinin sonunda istiqraz emitenti (istiqrazı buraxan) investorun pulunu qaytarır. Bundan əlavə, emitent həmin müəyyən olunan müddət ərzində sabit faiz gəliri ödəyir.

İstiqrazların kütləvi təklif qaydasında yerləşdirilməsi fond birjası vasitəsi ilə həyata keçirilir.

İstiqrazların üstünlükləri, investorların üzləşdiyi təhlükələrlə bağlı suallarımızı Unicapital şirkətinin Araşdırımalar və İnvestisiya Məsləhəti şöbəsinin müdiri Seymur İbadov (Ph.D) cavablandırıb. Həmçinin, o, investorlara öz tövsiyələrini də qeyd edib.

İstiqrazlara niyə investisiya yatırılmalıdır? Onların hansı üstünlükləri var?

İstiqrazlar investisiya alətləri içərisində ən risksiz hesab edilən maliyyə alətidir. İnvestisiya edilmiş vəsaitlərin diversifikasiya edilməsi üçün istiqrazlar əvəz olunmaz maliyyə alətidir. İstiqrazları almaqla investor saxladığı müddət ərzində sabit gəlir əldə edir. Bundan əlavə, investor onu maliyyə bazarında satmaqla da gəlirini daha da artıra bilər.

İstiqraz alanlar arasında daha çox hüquqi yoxsa fiziki şəxslər üstünlük təşkil edir?

İstiqrazları emitentə, yəni istiqrazı buraxan tərəfə görə dövlət, korporativ və digər istiqrazlara bölmək olar. Dövlət istiqrazları dövlətin Maliyyə Nazirliyi və ya Mərkəzi Bankı tərəfindən buraxıla bilir. Korporativ istiqrazlar isə ölkə ərazisində fəaliyyət göstərən korporativ şirkətlər tərəfindən buraxılır. Daxili bazarda hüquqi şəxslər əsasən dövlət istiqrazlarına, fiziki şəxslər isə korporativ istiqrazlara maraq göstərir.

İnvestorlar daha çox hansı valyutada istiqraz almağa üstünlük verirlər?

İnvestorların üstünlük verdikəri əsas xarici valyuta ABŞ dollarıdır. Daxili bazarda həm milli valyutada, həm də dollarda olan istiqrazlar ticarət olunur.

Xarici şirkətlərin istiqrazlarına maraq nə dərəcədədir? Eyni zamanda, xaricilər yerli bazarda istiqraz almaqda nə qədər maraqlıdır?

Xarici şirkətlərin istiqrazlarına investorlar tərəfindən maraq göstərilir. Həmçinin xarici investorlar tərəfindən daxili bazarda buraxılmış istiqrazlara da maraq olur.

İstiqraz alarkən investor hansı təhlükələrlə üzləşə bilər?

İstiqraz maliyyə aləti olub, ən az risk göstəricisinə malikdir. Amma qeyd etmək lazımdır ki, hər bir maliyyə alətinin müəyyən riskləri var. Bunlardan ən əsası, digər maliyyə alətlərində olduğu kimi, istiqrazı buraxan tərəfin, yəni emitentin müflis olma riskidir.

Bu təhlükələrin qarşısını almaq üçün onlar nələri bilməlidirlər? İnvestorlara hansı tövsiyələriniz var?

Bu təhlükələrin qarşısını almaq üçün maliyyə alətini buraxan emitentin yaxşı öyrənilməsi vacibdir. Məsələn, istiqrazı buraxan dövlət olarsa, investor bu dövlət ilə bağlı olan məlumatları, ölkənin iqtisadi-siyasi göstəricilərini yaxşı bilməlidir. Bu ölkə ilə gələcəyə dair müəyyən təsəvvürə malik olmalıdır. Əgər emitent hər hansı bir korporativ şirkət olarsa, investor həmin şirkəti yaxşı analiz etməli, bu şirkətin fəaliyyətini analiz etdikdən sonra şirkətin istiqrazına investisiya edib-etməmək barədə qərar verməlidir. Bundan başqa, istiqraz alınan zaman hansı müddət üçün istiqrazların alınması və investisiya olunacaq ölkənin maliyyə bazarlarında Mərkəzi Bankın monetar siyasəti və faiz dərəcələri haqqında tam təsəvvürə malik olmalıdır. Həmçinin gələcəkdə bu faizlərin hansı istiqamətə doğru dəyişə biləcəyinə dair təsəvvürlərə də malik olmaları lazımdır.

Yuxarıda qeyd edilən bütün araşdırmaların aparılması müəyyən nəzəri və praktiki biliklərin və bacarıqların mövcudluğunu zəruri edir. Bu baxımdan tövsiyyəmiz investisiya qərarlarının verilməsi zamanı çətinlik çəkdikdə, hər bir sahə də olduğu kimi, bu sahənin peşəkarlarına müraciət edərək, onlardan bu sahədə məsləhət və ya dəstək almaqdır.

2020-ci ilin göstəricilərinə görə müştərilərinizin qazandığı məbləğ zərərə nisbətən çox olsa da, qazanan müştəri sayı zərər edənlərə nisbətən azlıq təşkil edir? Buna səbəb nədir?

Maliyyə bazarlarında hər cür oyunçuları müşahidə etmək olur. Onları peşəkarlığına görə təsnifləşdirsək, peşəkar və qeyri-peşəkar oyunçulara ayıra bilərik. Maliyyə bazarının əsas xüsusiyyəti odur ki, bu bazarlarda oyunçuları görmək mümkün deyil. Belə bir mühitdə maliyyə bazarlarına qarşı oynamaq dərin biliklər və təcrübə tələb edir. Maliyyə bazarlarına bu xüsusiyyətlərə sahib olmadan atılmaq isə vəsaitlərin itirilməsi ilə nəticələnir. Məhz bu baxımdan bu bazarlarda qazanc əldə edənlər peşəkar oyunçular, vəsait itirənlər isə, əsasən, peşəkar olmayanlar olur.

İnvestisiya şirkəti olaraq istiqraz almaq istəyən müştərilər hansı xidmətlərinizdən yararlana bilər?

İnvestorlar şirkətin broker, investisiya məsləhəti və portfel idarəçiliyi kimi xidmətlərindən yaralana bilərlər.

Əgər müştəri özü vəsaiti yerləşdirmək istəyirsə, amma hara və nəyə investisiya etməklə bağlı çətinlikləri varsa, bu zaman ödənişli investisiya məsləhəti xidmətimizdən istifadə edə bilər.

Həmçinin müştəri vəsaitini onunla bağlanmış müqavilə əsasında şirkətə portfel idarəçiliyini təqdim edə bilər. Bu zaman əməkdaşlarımız müqavilədə əks olunan şərtlər əsasında müştərinin vəsaitini maliyyə alətlərinə investisiya edəcək. Eyni zamanda, müştəriyə portfelin cari vəziyyəti və edilən əməliyyatlar barədə mütəmadi hesabat təqdim ediləcək. Bunun qarşılığında müştəri müqavilədə göstərilən bu xidmətlə bağlı tarif əsasında şirkətə ödəniş edəcək.

İstiqraz nədir?

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İstiqraz nədir?

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

"UTrader"də daha sərfəli komissiyalarla ticarətə başlayın!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İstiqraz nədir?

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi