Foreks bazarının həftəlik təqvimi və analitikası 13.03.2023 - 19.03.2023

Ötən həftə maliyyə bazarlarında yüksək dinamika müşahidə olundu.

Belə ki, həftənin ilk yarısında FES rəhbəri Pauelin çıxışı əsasında dollar sürətli dəstək alsa da,

həftə sonu əmək bazarından açıqlanan göstəricilər dolların zəifləməsinə təkan verdi.

Cari həftə ABŞ-da inflyasiya göstəriciləri ilə yanaşı Rusiya Mərkəzi Bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

16 mart

17:15 – AMB-nın pul-kredit siyasəti ilə bağlı açıqlaması;

17:15 – AMB-nın faiz dərəcəsi ilə bağlı qərarı;

17:45 – AMB-nın mətbuat konfransı;

19:15 – AMB-nın sədri Laqardın çıxışı.

17 mart

14:00 – İstehlakçı Qiymət İndeksi (fevral).

ABŞ əmək bazarında açıqlanan göstəricilər əsasında EUR/USD cütlüyü həftənin əvvəlində 2 aylıq minimum səviyyəsinə endikdən sonra 0.41% bahalaşa bilib.

Avropa indeksləri də eyni zamanda qismən itkilərini bərpa edə bilib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0750, 1.0930

- Eniş hədəfləri: 1.0500, 1.0380

Böyük Britaniya

14 mart

11:00 – Mükafatlar nəzərə alınmaqla orta əmək haqqı göstəricisi (yanvar);

11:00 – İşsizlik müavinətləri üzrə müraciətlər (fevral).

Ötən həftə funt da digər valyutalardan geri qalmayaraq, dollara nisbətdə dəyər qazanıb.

Belə ki, GBP/USD cütlüyü 0.23% bahalaşıb.

Eyni zamanda, statistik məlumatlara görə,

Britaniyada ÜDM göstəricisi dekabrda 0.5% geriləsə də, yanvar ayında 0.3% yüksəlib ki,

bu da iqtisadiyyatın qismən bərpasının göstəricisi hesab olunur.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2180, 1.2350

- Eniş hədəfləri: 1.1800, 1.1630

ABŞ

14 mart

16:30 – İstehlakçı Qiymət İndeksi (fevral).

15 mart

16:30 – Pərakəndə Satış Baza İndeksi (fevral);

16:30 – İstehsalçı Qiymət İndeksi (fevral);

18:30 – Xam neft ehtiyatları.

16 mart

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

Dollar indeksi həftənin ilk yarısında 0.1% dəyər qazansa da, həftə sonuna 0.4% dəyər itirdi.

Belə ki, Pauelin faiz dərəcəsi ilə bağlı sərt addımların davam edəcəyi ilə bağlı sərt çıxışları dolları dəstəkləsə də,

işsizlik göstəricisinin gözləntinin üzərində açıqlanması dolların təzyiq altında qalmasına səbəb oldu.

Cari həftə açıqlanacaq inflyasiya göstəriciləri dolların yaxın gələcəkdə aqibətini bəlli edə bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 105.50, 107.00

- Eniş hədəfləri: 104.00, 103.00

Avstraliya

16 mart

04:30 – Məşğulluq Göstəricisi (fevral).

Avstraliya Dolları ötən həftə ABŞ Dollarına nisbətdə 0.15% dəyər qazanıb.

Qeyd edək ki, Avstraliya Ehtiyat Bankı ötən həftə faiz dərəcəsini 25 baza vahidi qədər yüksəldib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6780, 0.7059

- Eniş hədəfləri: 0.6500, 0.6370

Yeni Zelandiya

16 mart

01:45 – Ümumi Daxili Məhsul Göstəricisi (4-cü rüb).

Dollar indeksinin ötən həftə ucuzlaşması digər əsas valyutalar kimi Yeni Zelandiya Dollarının da bahalaşmasına təkan verib.

Belə ki, NZD/USD cütlüyü 0.25% dəyər qazanıb.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6200, 0.6300

- Eniş hədəfləri: 0.6050, 0.5950

Rusiya

17 mart

14:30 – Faiz dərəcəsi ilə bağlı açıqlama (mart).

Rusiyada ötən həftə açlıqlanan məlumatlara görə, ölkədə inflyasiya 11.01%-dən 9.43%-ə qədər eniş yaşayıb.

Cari həftə Mərkəzi Bank faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.

Ehtimallara görə, dəyişiklik gözlənilmir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 78.35, 80.35

- Eniş hədəfləri: 74.00, 72.00

Qızıl

Qızıl ötən həftə cümə gününə qədər 1% dəyər itirdikdən sonra həftənin son günü bütün itkiləri bərpa edə bilib.

Lakin Pauelin sərt çıxışları faiz dərəcəsi ilə bağlı addımların davamlı olacağına və qızılın təzyiq altında qalacağına siqnal verir.

Digər tərəfdən, bankların qızıla olan marağı artmaqda davam edir.

Belə ki, Çin və Türkiyədən sonra Sinqapur Mərkəzi Bankı da yanvar ayında qızıl ehtiyatlarını 30% artırıb.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1890.00, 1930.00

- Eniş hədəfləri: 1805.00, 1770.00

Neft

Neftin qiyməti ötən həftə fevral minimumuna qədər geriləyib.

Belə ki, Brent markalı neftin may ayı fyuçersinin dəyəri 0.79% dəyər itirərək 81$ altında qərarlaşıb ki,

son dəfə fevralın 23-də bu səviyyədə ticarət olunub.

WTI markalı neftin aprel fyuçersi isə 1.07% dəyər itirib.

İnvestorlar Rusiyanın neft hasilatı ilə bağlı qərarlarını diqqətlə izləyirlər.

Belə ki, Rusiya qərb limanlarından idxal olunan və daşınan neft həcmini fevral ilə müqaisədə martda günlük 10% azaltmağı planlaşdırır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 84.50,87.00

- Eniş hədəfləri: 80.00, 77.00

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 78.00, 81.50

- Eniş hədəfləri: 74.00, 71.00

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Ətraflı məlumat üçün sorğu göndərin

Sizin sorğunuz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 13.03.2023 - 19.03.2023

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 13.03.2023 - 19.03.2023

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

"UTrader"də daha sərfəli komissiyalarla ticarətə başlayın!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 13.03.2023 - 19.03.2023

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi