Foreks bazarının həftəlik təqvimi və analitikası

Ötən həftə maliyyə bazarlarında faiz dərəcələrinin artımı fonunda kifayət qədər gərgin və dinamik hərəkətlilik müşahidə olundu.

Gözləndiyi kimi FES, İsveçrə Milli Bankı 75, İngiltərə bankı 50 baza vahidi qədər faiz dərəcəsini artırdığı halda,

Türkiyə Mərkəzi Bankı 100 baza vahidi qədər azaltdı.

Yaponiya Bankı isə öncədən olduğu kimi, heç bir dəyişiklik etmədən gözləmə mövqeyində qalmaqdadır.

Cari həftə FES, AMB, YZEB sədrlərinin çıxışı, həmçinin bir sıra ölkələrdə açıqlanacaq ÜDM göstəriciləri diqqət mərkəzində olacaq.

UForex cari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

26 sentyabr

10:00 – Almaniya – Ümumi Daxili Məhsul göstəricisi (3-cü rüb);

12:00 – Almaniya – Biznes əhval-ruhiyyəsi indeksi İFO (sentyabr);

17:00 – AMB-nın sədri Laqardın çıxışı.

28 sentyabr

11:15 – AMB-nın sədri Laqardın çıxışı.

30 sentyabr

11:55 – Almaniya - İşsizlik göstəricisi (sentyabr);

13:00 – İstehlakçı Qiymət indeksi (sentyabr).

Avro ötən həftənin cümə günü sürətli eniş yaşadı.

Belə ki, Avropada Biznes aktivliyi göstəricisi cari ayda sürətlə aşağı düşüb ki, bu da öz növbəsində iqtisadi inkişafın ləngiməsini göstərən əsas faktorlardan biridir.

Avro ötən həftə sonu 2002-ci ilin oktyabr ayının minimum səviyyəsi – təqribən 0.9660$-dək eniş sərgilədi.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.9940, 1.0100

- Eniş hədəfləri: 0.9570, 0.9350

Böyük Britaniya

30 sentyabr

10:00 – Ümumi Daxili Məhsul göstəricisi (rüblük, illik).

Funt sterlinq də həmkarı avrodan geri qalmayaraq, ötən həftə 37 ilin minimum səviyyələri sayılan 1.0840 $-dək eniş yaşadı.

Ötən həftə İngiltərə Bankı faiz dərəcəsini 50 baza vahidi qaldırsa da, bu funtun enişinin qarşısını ala bilmədi.

İngiltərənin yeni maliyyə naziri açıqlamasında bildirib ki, dövlət büdcəsindən yaxın 6 ay ərzində ev təsərrüfatları və müəssisələrin qaz və

enerji sərfiyyatlarının ödənilməsi üçün 60 mld funt sterlinq vəsait ayrılacaq.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.1260, 1.1450

- Eniş hədəfləri: 1.0700, 1.0550

ABŞ

27 sentyabr

15:30 – FES rəhbəri Pauellin çıxışı;

18:00 – İstehlakçı Güvən indeksi (sentyabr).

28 sentyabr

18:30 – Xam neft ehtiyatları.

29 sentyabr

16:30 – Ümumi Daxili Məhsul göstəricisi (2-ci rüb);

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

Dollar indeksi ötən həftə təqribən 1% bahalaşaraq, təqribən 113.00 $ sərhədlərində ticarət olunurdu.

Dolların bahalaşmasını dəstəkləyən göstəricilər FES-in pul-kredit siyasəti ilə bağlı qərarları və həmçinin, dövlət istiqrazlarının dəyər qazanması oldu.

Belə ki, 10 illik Xəzinə istiqrazları üzrə gəlirlilik 11 illik maksimum sayılan 3.720% səviyyəsinədək yüksəlib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 114.00, 115.50

- Eniş hədəfləri: 111.50, 110.30

Kanada

29 sentyabr

16:30 – Ümumi Daxili Məhsul göstəricisi (2-ci rüb).

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3780, 1.4050

- Eniş hədəfləri: 1.3400, 1.3230

Ötən həftə açıqlanan statistik göstəricilərə əsasən, Kanadada iyul ayında Pərakəndə Satış Həcmi 2.5% azalıb ki,

bu bazar gözləntisi ilə müqaisədə zəif göstərici hesab olunur.

Nəticədə USD/CAD cütlüyü 1.3600$ səviyyəsi üzərində ticarət olunurdu.

Avstraliya

28 sentyabr

05:30 – Pərakəndə Satış Həcmi (avqust).

Sentyabr ayının statistik göstəricilərinə əsasən Avstraliya Ehtiyat bankının faiz dərəcəsi ilə bağlı yürütdüyü siyasət öz effektivliyini göstərməkdədir.

Belə ki, qiymətlərdə inflyasiyanın təzyiqi qismən zəifləməyə başlayıb.

Özəl sektorun inkişafında da avqust ayı ilə müqaisədə artım müşahidə olunub.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6660, 0.6750

- Eniş hədəfləri: 0.6400, 0.6240

Yeni Zelandiya

29 sentyabr

17:00 – Yeni Zelandiya Ehtiyat bankının sədri Orranın çıxışı.

Yeni Zelandiya dolları ötən həftə 2020-ci ilin ən minimum səviyyəsinədək eniş yaşadı.

Belə ki, Zelandiya dolları ABŞ dollarına nisbətdə təqribən 0.40%-dək ucuzlaşaraq 0.5730 $ səviyyələrində ticarət olunurdu.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.5900, 0.6050

- Eniş hədəfləri: 0.5580, 0.5450

Qızıl

Qızıl artıq 2-ci həftədir ki, ard-arda Mərkəzi Bankların pul-kredit siyasətləri fonunda ucuzlaşmağa davam edir.

Belə ki, ötən həftə qızılın oktyabr fyuçersi 2.5% ucuzlaşaraq 1638$ səviyyələrinədək eniş yaşadı ki, bu da 2020-ci ilin aprel aylarından qızıl üçün minimum səviyyə sayılır.

Qızıl enişi davam etdirə bilər, lakin qlobal iqtisadi artımın zəifləməsi və həmçinin, hərbi münaqişələrin gərginləşməsi qızılı dəstəkləyə bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1680.00, 1740.00

- Eniş hədəfləri: 1600.00, 1520.00

Neft

Neft ötən həftənin cümə günü sürətli eniş yaşayaraq artıq 4-cü həftədir ki, ardıcıl olaraq ucuzlaşır.

Mərkəzi bankların pul-kredit siyasəti ilə bağlı qərarları maliyyə bazarlarını gərginlikdə saxlayır.

Belə ki, Brent markalı neftin noyabr fyuçersi təqribən 5% ucuzlaşaraq 86$, WTI markalı neftin noyabr fyuçersi isə təqribən 6% ucuzlaşaraq 78$ səviyyələrində ticarət olunurdu.

Bu isə hər iki markalı neftin yanvar ayından indiyədək ən aşağı sərhəddi sayılır.

Qiymətlərdə enişi davam etdiyi halda, OPEK+ növbəti toplantısında hasilat həcminin azaldılması ilə bağlı qərar qəbul edə bilər.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 97.00, 108.000

- Eniş hədəfləri: 78.00, 65.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 85.00, 97.00

- Eniş hədəfləri: 72.50, 62.50

Valyuta bazarında baş tutacaq bütün xəbərlərdən gündəlik olaraq məlumatlı olmaq üçün “Telegram” kanalımızı izləyin!

https://t.me/uforex_az

Foreks bazarının həftəlik təqvimi və analitikası

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İnvestisiya qərarlarını ekspertlərə həvalə edib, stabil gəlir əldə edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi