Müştəri yönümlülük
Biz fəaliyyətimizi müştərilərimizin ehtiyaclarını təxmin etmək və onlara uyğunlaşmaq imkanı verən əlçatan, çevik və hər zaman müştəriyə yönəlik düşünülmüş mütərəqqi həllər üzərində təşkil edirik.
Nizamnamə kapitalı 100%lik “Unibank”a məxsus olan Unicapital İnvestisiya Şirkəti 2007ci ildən bəri fəaliyyət göstərir. Şirkət Azərbaycanın qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer alır və halhazırda Bakı Fond Birjasının ən uzunmüddətli üzvüdür.
15 may 2015-ci il tarixində qiymətli kağızlar bazarında yeni qanun qüvvəyə mindikdən sonra, Unicapital 8 yanvar 2016-ci ildə investisiya xidmətlərinin göstərilməsi üçün müddətsiz lisenziya əldə edib.
Unicapital yerli və xarici bazarlarda qiymətli kağızlara yatırımı, qiymətli kağızların kapital bazarlarına buraxılması, habelə törəmə maliyyə alətləri ilə ticarət xidmətləri göstərir. Unicapital İnvestisiya Şirkəti hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uğurlu bazar təcrübəsi sayəsində Unicapital istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli müştərilər üçün etibarlı tərəfdaşdır.
Biz fəaliyyətimizi müştərilərimizin ehtiyaclarını təxmin etmək və onlara uyğunlaşmaq imkanı verən əlçatan, çevik və hər zaman müştəriyə yönəlik düşünülmüş mütərəqqi həllər üzərində təşkil edirik.
Biz yenilikçiliyin müştərilərimiz, səhmdarlarımız və şirkətimiz üçün müstəsna nəticələrin əldə edilməsinin təminatı olmasına inanırıq. Bu səbəbdən də fəaliyyətimizi davamlı inkişaf, innovativ həllər və ölçülə bilən nəticələr üzərində qururuq.
Biz əməkdaşlıqda ən yüksək etik standartların və qarşılıqlı faydanın önəmliliyini dərk edirik, tərəfdaşlarla münasibətlərimizi şəffaflıq, dürüstlük, etibarlılıq, peşəkarlıq və empatik münasibətlər prinsipləri üzərində qururuq.
Biz əməkdaşlığı üstün tutur, müxtəlifliyə dəyər veririk. Peşəkar və şəxsi inkişaf üçün inklüzivliyi, loyallığı, komanda işini, liderliyi və təşəbbüskar düşüncə tərzini formalaşdıran mühiti təşviq edirik.
Hər kəs üçün əlçatan və innovativ investisiya məhsulları təqdim etmək.
İnnovativ maliyyə həlləri təqdim etməklə, kapital bazarının inkişafına töhfə verən dayanıqlı və etibarlı investisiya şirkəti olmaq.
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.